Azərbaycanı mühüm regional nəqliyyat qovşağına çevirmək missiyasının həyata keçirilməsini dəstəkləyir. Biz hərtərəfli karyera və təkmilləşdirmə imkanları təqdim etməklə müasir tələblərə cavab verən Logistika mütəxəssislərinin yetişdirilməsini hədəfləyirik. Ölkənin aparıcı təhsil müəssisələri ilə əməkdaşlığımız inkişaf yönümlü proqramlarımızın Təchizat zəncirinin hər bir mərhələsinin dinamik ehtiyaclarına uyğunlaşdırılmasına yardımçı olur. Abşeron Karyera Mərkəzi kadr seçimi proseslərinin təkmilləşdirilməsində, yerli və beynəlxalq təhsil qurumları ilə tərəfdaşlıqların qurulmasında, Mərkəz daxili və xarici təlim proseslərinin təşkilində əsas rol oynayır. Eyni zamanda karyera günləri, sərgilər, infoturlarda fəal iştirak etməklə, tələbələri real iş mühitinə hazırlayan geniş təcrübə və təqaüd proqramları təklif edirik. Davamlı olaraq öz təşəbbüsləri ilə seçilən Mərkəzimiz gələcək yönümlü, sənayedə əsaslı dəyişiklik vəd edən Startap təkliflərini dəstəkləyərək ölkəmizdə yenilikçi Logistik yanaşmaların beyin mərkəzi olmağı hədəfləyir. Mərkəzimiz İnsan kapitalına inkişaf yönümlü investisiyalar etməklə əməkdaşlarımızın karyera inkişafını və ölkəmizin Logistika sahəsində beynəlxalq standartlara cavab verən kadr potensialının təmini yönündə inamlı addımlarla irəliləyir.
Aşağıdakı prinsiplərimizi bütün əməkdaşlarımıza aşılamaqla biz yalnız karyera sahəsində deyil, ölkəmizdə Logistika sənayesinin və cəmiyyətin inkişafına da müsbət töhfə verməyə çalışırıq.
Gənclər bizim sabahımızdır.
Azərbaycanda gənclərin inkişafına xüsusi önəm verilir və onların ölkə həyatının bütün sahələrində önə çıxmaları üçün geniş imkanlar yaradılır. Şübhəsiz ki, bunun da qarşılığında dövlətin gənclərdən gözləntiləri var. Bu isə, ilk növbədə, gənclərimizin milli maraqlarımız və hədəflərimizlə bağlı məsələlərdə mübariz, prinsipial olmaları, əsl xarakter sahibi kimi yetişmələri, yüksək biliklərə, müasir dünyagörüşünə yiyələnmələri və eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq qalmalarıdır.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.