Azərbaycanı mühüm regional nəqliyyat qovşağına çevirmək missiyasının həyata keçirilməsini dəstəkləyir. Biz hərtərəfli karyera və təkmilləşdirmə imkanları təqdim etməklə müasir tələblərə cavab verən Logistika mütəxəssislərinin yetişdirilməsini hədəfləyirik. Ölkənin aparıcı təhsil müəssisələri ilə əməkdaşlığımız inkişaf yönümlü proqramlarımızın Təchizat zəncirinin hər bir mərhələsinin dinamik ehtiyaclarına uyğunlaşdırılmasına yardımçı olur. . . Dəyərlər olaraq qəbul etdiyimiz Dürüstlük, Keyfiyyət, İnnovativlik, Peşəkarlıq, Təhlükəsizlik və Ətraf mühitə qayğı karyera fəaliyyətimizdə də, öz əksini tapmaqdadır. Bu prinsiplərimizi bütün əməkdaşlarımıza aşılamaqla biz yalnız karyera sahəsində deyil, ölkəmizdə Logistika sənayesinin və cəmiyyətin inkişafına da müsbət tövhə verməyə çalışırıq. Abşeron Karyera Mərkəzi kadr seçimi proseslərinin təkmilləşdirilməsində, yerli və beynəlxalq təhsil qurumları ilə tərəfdaşlıqların qurulmasında, Mərkəz daxili və xarici təlim proseslərinin təşkilində əsas rol oynayır. Eyni zamanda karyera günləri, sərgilər, infoturlarda fəal iştirak etməklə, tələbələri real iş mühitinə hazırlayan geniş təcrübə və təqaüd proqramları təklif edirik. Davamlı olaraq öz təşəbbüsləri ilə seçilən Mərkəzimiz gələcək yönümlü, sənayedə əsaslı dəyişiklik vəd edən Startap təkliflərini dəstəkləyərək ölkəmizdə yenilikçi Logistik yanaşmaların beyin mərkəzi olmağı hədəfləyir. Mərkəzimiz İnsan kapitalına inkişaf yönümlü investisiyalar etməklə əməkdaşlarımızın karyera inkişafını və ölkəmizin Logistika sahəsində beynəlxalq standartlara cavab verən kadr potensialının təmini yönündə inamlı addımlarla irəliləyir.
Ətraflı
Abşeron Logistika Mərkəzi rəsmi saytına keçid.
Search over 20,1544 jobs today!
Search over 20,1544 jobs today!
ISO 9001 keyfiyyətin idarə edilməsi üçün qlobal səviyyədə tanınmış standartdır. O, bütün ölçülü və sektorlardan olan təşkilatlara öz fəaliyyətini yaxşılaşdırmaq, müştərilərin gözləntilərini ödəmək və keyfiyyətə sadiqliklərini nümayiş etdirməkdə kömək edir.
ISO 14001 ətraf mühitin idarə edilməsi sistemləri üçün beynəlxalq səviyyədə tanınmış standartdır. O, təşkilatlara SMM-ni tərtib etmək və həyata keçirmək və ətraf mühitlə bağlı fəaliyyətini daim təkmilləşdirmək üçün çərçivə təmin edir.
ISO 45001 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üçün tələbləri müəyyən edən beynəlxalq standartdır. O, təşkilatlara riskləri idarə etmək və SƏTƏM performansını yaxşılaşdırmaq üçün çərçivə təmin edir.
Abşeron Karyera Mərkəzinin - Təhsil müəssisələri ilə tərəfdaşlıqları.